EN

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli olacaq

Bu gün Nyonda (İsveçrə) Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” da bu Avropa mövsümündə ilk rəqibini tanıyacaq.

Çempionlar yolunda yer alacaq Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv püşkatma mərasimində səpələnməmişlər səbətində yer alıb.

Potensial rəqiblər arasında “Riyeka” (Xorvatiya) və “Pafos” (Kipr), eləcə də aşağıdakı ilk raund cütlərinin qalibləri var: “Jalqris” (Litva) – “Hamrun Spartans” (Malta), “KuPS” (Finlandiya) – “Milsami” (Moldova), TNS (Uels) – “Şekdniya”(Şimali Makedoniya), “Levadiya”(Estoniya) – RFŞ (Latviya), “Drita” (Kosovo) – “Differdanj” (Lüksemburq), “Vikinqur” (Farer adaları) – “Linkoln” (Cəbəllütariq), “Eqnatiya” (Albaniya) – “Breydablik” (İslandiya), “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya), “Virtus”(San-Marino)- “Jrinski Mostar”(Bosniya və Herseqovina), “Noah” (Ermənistan) – “Buduçnost (Monteneqro).

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlacaq. Turun oyunları 22/23 və 29/30 iyul tarixlərində oynanılacaq.

Chosen
8
21
qafqazinfo.az

10Sources