Çempionlar Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşir
Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Mərasimdə Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi müəyyənləşəcək.
Mərasim İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qurban Qurbanovun komandasının potensial rəqibləri arasında "Riyeka" (Xorvatiya) və "Pafos" (Kipr), həmçinin ilk raundda üz-üzə gələcək cütlərin qalibləri yer alır:
"Jalqiris" (Litva) - "Hamrun Spartans" (Malta),"KuPS" (Finlandiya) - "Milsami" (Moldova),"TNS" - "Şkendiya" (Şimali Makedoniya),"Levadiya" (Estoniya) - "RFS" (Latviya),"Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq),"Vikinqur" (Farer adaları) - "Linkoln" (Cəbəllütariq),"Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya),"Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya),"Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina),"Noa" (Ermənistan) - "Buduçnost" (Monteneqro).
Qeyd edək ki, mərhələnin oyunları iyulun 22-si və 29-da keçiriləcək.