EN

22 bıçaq zərbəsi alan qadın bunun sayəsində sağ qaldı

Çin Hançjou şəhərində baş verən dəhşətli hadisədə Ma adlı qadın 22 bıçaq zərbəsi almasına baxmayaraq ölməyib. Həkimlər bildirir ki, qadının döş qəfəsi həyati orqanlarına gedən bıçaq yaralarının qarşısını alıb.

AzPost bildirir ki, hadisə 22 may tarixində baş verib. Ma həyat yoldaşının yanında ikən təcavüzkar tərəfindən zorakılığa məruz qalıb. O, təcavüzkarın maşınına məcburən mindirilərək qonşu şəhərə aparılıb. Yol boyu pul tələb edən şəxs Ma-nın dostlarından borc almağa məcbur etməyə çalışıb. Lakin təcavüzkarın diqqəti yayındığı zaman qadın tezliklə həyat yoldaşına mesaj göndərərək kömək istəyib. Polis hadisə yerinə çatdıqda, təcəvüzkar qəfil Ma-nın döş qəfəsinə 22 bıçaq zərbəsi endirib və daha sonra intihar edib.

Təcili yardım Ma-nı xəstəxanaya çatdırsa da, bıçaq yaralarının sayı çox olduğundan vəziyyəti kritik olub. Buna baxmayaraq, həkimlər qadının döş qəfəsinin həyati orqanlara gedən bir çox yaraları əngəllədiyini açıqlayıb. Ma özü də bildirib ki, bıçaqlardan yalnız biri ağciyərinə zərər vurub.

AzPost.az

Chosen
13
1
azpost.info

2Sources