EN

Paşinyan öncə özünü həbs etdirdi, indi də şirkətini milliləşdirir..


Ermənistanın baş naziri Nikol Paşinyan erməni polisi tərəfindən saxlanılan rusiyalı iş adamı Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" QSC-ni milliləşdirməyə hazırlaşır. Erməni baş nazir sosial şəbəkələrdə "Taşir" şirkətlər qrupunun rəhbəri Karapetyanın saxlanılması ilə bağlı post paylaşaraq bildirib ki, "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsinin vaxtı çatıb və bu, tezliklə baş verəcək.

"Hesab edirəm ki, "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsinin vaxtı gəlib çatıb. Bu, tezliklə baş verəcək və mən QSC-nin bütün əməkdaşlarını əmək vəzifələrini vicdanla yerinə yetirməyə çağırıram. Milliləşdirmədən sonra vicdanlılıq nəzərə alınacaq", - N.Paşinyan belə yazıb.

Mətləb Salahov

Chosen
12
baki-xeber.com

1Sources