EN

"Fənərbağça" "Real"ın kapitanını transfer edir?

"Fənərbağça" "Real"ın müdafiəçisi Lukas Vaskesi transfer etmək istəyir.

Publika.az xəbər verir ki, bu barədə "Ajansspor" məlumat yayıb.

33 yaşlı futbolçunun "Real"la müqaviləsi başa çatmaq üzrədir və o, İstanbul klubuna azad agent statusunda keçə bilər. "Fənərbağça" hazırda Brayt Osey-Samuelin komandadan ayrılmasından sonra yeni sağ cinah müdafiəçisi axtarır.

Lukas Vaskes 2007-ci ildən Madrid klubundadır. Komandanın kapitanlarından biri olan ispaniyalı futbolçu "Real"ın heyətində bütün turnirlərdə 399 oyuna çıxıb, 38 qol vurub və 73 məhsuldar ötürmə edib. O, "kral klubu" ilə ümumilikdə 21 titul qazanıb.

Chosen
23
publika.az

1Sources