EN

Şagirdi ilə eşq yaşayan qadını 60 il həbs gözləyir - FOTOLAR

ABŞ-da müəllimə 14 yaşında şagirdə təcavüz etməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb. Bu barədə The New York Post məlumat yayıb.


Kristina Formella adlı qadın Çikaqoda orta məktəbdə işləyəndə oğlanla əlaqələr qurmağa başlayıb. Müəllimlə tələbə arasındakı münasibət 2023-cü ilin yanvarında başlayıb və yalnız 2024-cü ilin sentyabrında azyaşlı ona bu cür münasibətlərin səhv olduğunu dedikdən sonra bitib.


Bu müddət ərzində müstəntiqlərin fikrincə, Formella yeniyetmə ilə təxminən 50 dəfə cinsi əlaqədə olub, seksual xarakterli zorakılıq aktlarının əksəriyyəti məktəb binasında baş verib. Bundan əlavə, müəllim mütəmadi olaraq zərərçəkənlə yazışıb.


O zaman Kristinanın nişanlısı olan Maykl Formella gələcək həyat yoldaşı ilə tələbəsi arasında qeyri-qanuni münasibətdən şübhələnməyib. Buna baxmayaraq, o, həyat yoldaşına dəstək olub və iyunun 17-də keçiriləcək məhkəmə iclasına onunla birgə gəlib.

30 yaşlı qadın 55 ittihamla üz-üzə qalacaq. Əgər onun günahı sübuta yetirilərsə, müəlliməni 60 ilə qədər həbs cəzası gözləyir.

Tural

Chosen
10
news365.az

1Sources