EN

Bakıda içkili sürücü “ayıq sürücü” xidməti çağırmaq əvəzinə görün nə etdi – VİDEO

Bakıda içkili vəziyyətdə olan sürücünün davranışı sosial şəbəkələrdə maraq doğurub. 

Adalet.az Avtosfer.az xəbər verir ki, qanunla sükan arxasına keçmələri qadağan edilən şəxs "ayıq sürücü" xidməti əvəzinə evakuator çağıraraq avtomobilini evakuator ilə gedəcəyi yerə aparıb. 

Məlumata görə, sürücü nəqliyyat vasitəsini idarə etməyin riskli və cəriməli olduğunu bildiyi üçün alternativ həll yolu axtarıblar. Onlar maşınlarını evakuator vasitəsilə evlərinə və ya dayanacaq yerinə göndərməklə həm məsuliyyətdən yayınmağa, həm də avtomobillərinə zərər gəlməsinin qarşısını almağa çalışıblar.

Qeyd edək ki, qanunvericiliyə əsasən, sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə edən sürücülər 400 manatdan 700 manatadək cərimə və 1 ildən 2 ilə qədər sürücülük hüququndan məhrum edilə bilərlər. Bu səbəbdən bəzi vətəndaşlar evakuator seçimini daha təhlükəsiz və qanuni çıxış yolu kimi görürlər.

 

Chosen
16
adalet.az

1Sources