EN

Bugünkü test imtahanlarında 2019 təhsilverən iştirak edib - MÜTDA

Bakı. Trend:

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışantəhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanımərhələsinə başlanıldı.

Trendxəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsininilk gününə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı,riyaziyyat və xarici dillər üzrə tədris aparan təhsilverənlər cəlbolunub.

Bugünkü test imtahanlarında 2019 təhsilverən iştirak edib.Prosesin ilk günündə 95 % davamiyyət qeydə alınıb.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsi 18-20, 24 və 25iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 19müxtəlif şəhəri üzrə 39 imtahan mərkəzində təşkil edilir.

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətindətəhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına,tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdimedilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələninnəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdəproqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başaçatdıqdan dərhal sonra iştirakçıya elan edilir.

Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamıştəhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçməkhüququ qazanacaqdır.

Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixliqərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinintəhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraqtədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticəgöstərənlərin vəzifə maaşlarına əlavələr ediləcəkdir.
Sertifikatlaşdırmada iştirak edən bütün müəllimlərə uğurlararzulayırıq!

Məqalədə:
Chosen
18
5
az.trend.az

9Sources