EN

Azərbaycanda kazino oyunları sığortalanmayacaq

BAKI, 18 iyun. TELEQRAF

Azərbaycanda lizensiya əsasında fəaliyyət göstərən kazino oyunları sığorta obyekti və sığorta predmeti ola bilməz.

Teleqraf xəbər verir ki, sözügedən məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan Mülki Məcəlləyə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənəddə qeyd olunub ki, qanunazidd mənafelər, həmçinin qanuni, lakin sığortalanması qanunla qadağan olunan mənafelər, Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsində və digər qanunlarda nəzərdə tutulmuş cərimələr, habelə oyunlarda, o cümlədən lisenziya əsasında təkşil olunan kazino oyunlarında, mərclərdə, lotereyalarda iştirakla bağlı mənafelər sığorta obyekti olmayacaq.

Qeyd edək ki, Azərbaycanda kazino fəaliyyəti 1998-ci il yanvarın 27-də qadağan olunmuşdu. İndi isə Azərbaycan qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsinə icazə verilir. Bunun üçün Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik edilir.

Milli Məclisə daxil olan yeni layihəyə əsasən, həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur.

Sənədə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə bilər.

Chosen
13
teleqraf.com

1Sources