EN

Hesabat: Qazaxıstan ilə Azərbaycan arasında bərpaolunan enerji sahəsində geniş əməkdaşlığın təməli qoyulur

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Astana, 18 iyun, AZƏRTAC

Qazaxıstan və Azərbaycan Trans-Xəzər elektrik ötürücü xətti ətrafında cəmləşən böyük bərpaolunan enerji tərəfdaşlığının təməlini qoyurlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Astana Beynəlxalq Maliyyə Mərkəzi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə hazırladığı Qazaxıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə dair analitik hesabatda deyilir.

Sənəddə qeyd olunur: “Bu sualtı yüksəkgərginlikli kabel Qazaxıstan və Azərbaycanın enerji sistemlərini birləşdirmək üçün nəzərdə tutulub və daha böyük təşəbbüsün - Cənubi Qafqazı Avropa ilə birləşdirən Qara dənizdən keçən sualtı kabel layihəsinin bir hissəsi olacaq.

Bu infrastruktur işə düşdükdən sonra Mərkəzi Asiyada hasil edilən təmiz elektrik enerjisinin (ilk növbədə günəş və külək enerjisi) Avropa İttifaqına ixracına imkan yaradacaq, regionda enerji mənbələrinin şaxələndirilməsinə və Aİ-nin karbonsuzlaşdırma məqsədlərinə nail olunmasına töhfə verəcək”.

Qeyd olunur ki, layihənin iqtisadi məqsədəuyğunluğu hər iki ölkənin bərpaolunan enerji mənbələri (RES) sahəsində iddialı enerji gündəmlərinə əsaslanır.

Materialda diqqətə çatdırılır: “Qazaxıstan özünün günəş potensialından və külək dəhlizlərindən istifadə edərək, 2030-cu ilə qədər enerji balansında bərpaolunan mənbələrin payını 15 faizə çatdırmağı öhdəsinə götürüb. Azərbaycanın bərpaolunan mənbələrdən dənizdə istehsal sahəsində imkanları dünyada ən böyük və perspektivli potensialdan biridir. Ölkə, həmçinin quruda, xüsusən Qarabağ və Şərqi Zəngəzur bölgələrində “ACWA Power” və “Masdar” kimi xarici investorların dəstəyi ilə bu sahəni fəal inkişaf etdirir”.

Hesabatda Trans-Xəzər kabelinin çəkilməsinin sabit xarici satış kanalını təmin edəcəyi və RES sahəsində irimiqyaslı layihələrin investisiya cəlbediciliyini artıracağı da vurğulanır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
1
azertag.az

2Sources