EN

Psixoloq xəbərdarlıq edir, aşırı fədakarlıq təhlükəlidir

Aşırı fədakar insanlar çox zaman qəbul olunmaq və sevilmək arzusu ilə hərəkət edirlər. Bu davranışın kökündə uşaqlıqda yaşanan sevgi çatışmazlığı və valideynlərin laqeyd, sərt və ya qeyri-müntəzəm münasibətləri dayanır.

Sherg.az xəbər verir ki, psixoloq Dr. Yasemin Meriç Kazdala görə, gündəlik həyatda başqaları üçün fədakarlıq normal və hətta alqışlanan bir davranış sayılsa da, bu hal həddindən artıq olduqda psixoloji tükənmişliyə və öz kimliyini itirməyə yol aça bilər.

Öz ehtiyaclarını yox sayaraq başqalarının rifahını önə çəkmək bir müddət sonra vərdişə çevrilir və insan artıq istəmədiyi halda belə bu davranışı davam etdirir. Bu da yorğunluq, tükənmişlik və dəyərsizlik hissinə səbəb olur.

Bu vəziyyətdən çıxışın ilk addımı fərqində olmaq və şəxsi sərhədləri müəyyən etməkdir. Əgər özünüzü “həmişə verən tərəf” kimi hiss edirsinizsə, amma “yox” deməkdən çəkinirsinizsə, bir mütəxəssisdən psixoloji dəstək almaq faydalı ola bilər.

Chosen
9
1
sherg.az

2Sources