BAKI. 18 iyun. TELEQRAF
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulub.
Teleqraf xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyev 1/16 finalda italiyalı Cennaro Pirelli ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Kotsoyev 1/8 finala yüksəlib.