AZ

Dünya çempionatı: Zelim Kotsoyev qələbə ilə başladı - YENİLƏNİR

BAKI. 18 iyun. TELEQRAF

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulub.

Teleqraf xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyev 1/16 finalda italiyalı Cennaro Pirelli ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kotsoyev 1/8 finala yüksəlib.

Seçilən
11
teleqraf.com

1Mənbələr