EN

“Qarabağ”ın UEFA Çempionlar Liqasında potensial rəqibi müəyyənləşib

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

 Tribunainfo.az xəbər verir ki, Qurban Qurbanovun komandası turnirin I təsnifat mərhələsində baş tutacaq “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) matçının qalibi ilə üz-üzə gələcək.

II təsnifat mərhələsinin ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.

Chosen
14
14
tribunainfo.az

10Sources