EN

Tehran və Kərəcdə yerləşən nüvə obyektlərinə zərbələr qeydə alınıb - Beynəlxalq Atom Enerjisi Agentliyi

Bakı. Trend:

İranda yerləşən iki sentrifuqa istehsalı müəssisəsinin – TESAKərəc və Tehran Tədqiqat Mərkəzinin hücumlara məruz qalıb.

Trend xəbər verirki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) "X" sosialşəbəkə hesabındakı paylaşımında bəyan edib.

"Bütün bunlar birgə hərtərəfli fəaliyyət planı (JCPOA)çərçivəsində daha əvvəl BAEA nın müşahidə və yoxlaması altında olanobyektlərdir.Tehranda müasir sentrifuqaların rotorlarının istehsalvə sınaqdan keçirildiyi bina zədələnib. Kərəcdə isə müxtəlifsentrifuqa komponentlərinin istehsal edildiyi iki bina dağıdılıb",- məlumatda bildirilir.

Bundan əvvəl BAEA-nin baş direktoru Rafael Qrossi Agentliyinİdarə Heyətinin iclasında çıxışı zamanı şəffaflıq və informasiyamübadiləsinin mövcud şəraitdə əhəmiyyətini vurğulamışdı.

"Agentliyin obyektlər və müvafiq ərazilərlə bağlı tam texnikiməlumatı vaxtında alması son dərəcə vacibdir. Əks halda, biz nəradiasiya vəziyyətini, nə də əhalinin və ətraf mühitin mümküntəsirlərə məruz qalmasını dəqiq qiymətləndirə bilərik, həmçininlazım olan yardımın göstərilməsi mümkün olmaz", – deyə obildirib.

Qrossi eyni zamanda təsdiqləyib ki, Agentlik İranda fəaliyyətinidavam etdirəcək.

Məqalədə:
Chosen
30
1
az.trend.az

2Sources