Bakı, 18 iyun, AZƏRTAC
Bu turnirdə iştirak etmək gözəl hissdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC gecəsində avstriyalı Boqdan Qradla döyüşəcək tacikistanlı MMA döyüşçüsü Məhəmməd Nayimov mətbuat konfransında deyib.
O, qələbə üçün əlindən gələni edəcəyini bildirib: "Yarışa yaxşı hazırlaşmışam. Uğurlu nəticə əldə etmək istəyirəm. Bakıya gəlincə, burada hər şey idealdır".