EN

Anasını qətlə yetirən şəxsə ağır cəza verildi

Anasını qətlə yetirməkdə təqsirləndirilən Sadiq Beybudlunun məhkəmə istintaqı yekunlaşıb.
 
Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsini hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
 
S.Beybudlu Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 12 il müddətə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, Sadiq Beybudlunun atası həbsdədir və anası Zəminə Beybudlu 39 yaşlı Elvin Allahverdiyevlə qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb. Hadisədən 3 ay əvvəl Sadiq anasına onu öldürəcəyini deyib.
 
Yardımlı rayon sakini, 20 yaşlı Sadiq Beybudlunun kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə 40 yaşlı anası Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirməsinə, sonra boynunu sındıraraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Daha sonra anasının tanışı 39 yaşlı Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib. Sadiq Beybudlu şübhəli şəxs qismində saxlanılıb və prokurorluğa təhvil verilib.
Chosen
6
8
moderator.az

10Sources