EN

“Neftçi” Yunanıstan klubu ilə QARŞILAŞACAQ

Yunanıstanın “Asteras” (Tripolis) klubu yeni mövsümə hazırlıq planlarını açıqlayıb.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesi çərçivəsində Yunanıstan təmsilçisi bir sıra yoldaşlıq oyunlarına çıxacaq.

Həmin rəqiblərdən biri də “Neftçi” olacaq. Bu sparrinq iyulun 27-də Polşada təlim-məşq toplanışı zamanı baş tutacaq.

Qeyd edək ki, "Neftçi" hələ ki yeni mövsüm hazırlığı ilə bağlı planlarını açıqlamayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
18
1
bizim.media

3Sources