EN

Azərbaycan qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətə yön verir

Oxu.az saytına istinadən ain.az xəbər verir.

İyunun 18-də iqlim dəyişikliyinə qarşı mübarizə üçün keçirilən Bonn görüşlərinin üçüncü günü baş tutub.

Bildirilib ki, ötən il COP29-da böyük təcrübə əldə edən Azərbaycan Bonn görüşlərində də öz fəaliyyəti ilə önəmli rol oynamaqda davam edir. Tədbirdə Azərbaycanın qlobal iqlim problemlərinin həllinə töhfəsi yüksək qiymətləndirilib.

Elmi və Texnoloji Yardımçı Orqanın sədri Adonia Ayebare Baku TV-yə açıqlamasında bildirib ki, Azərbaycan COP29-a ev sahibliyini layiqincə yerinə yetirib:

"Sədr kimi tərəfləri bir araya gətirə bildi. Burada tərəflərə də razılığa gəlmək üçün istək nümayiş etdirdiklərinə görə təşəkkür etməliyik. Azərbaycan COP29 sədri kimi liderdir. Hər kəs sədr ölkənin fəaliyyətinə diqqətlə yanaşır, çünki Azərbaycan tərəfi Bakıda artıq öz sözünü deyib. Təcrübə və yaxşı diplomatiyasına görə Azərbaycana hörmətlə yanaşırlar".

Ətraflı süjetdə:

Azərbaycan qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətə yön verir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
7
oxu.az

8Sources