EN

İranın Ali Rəhbəri ABŞ-ı hədələdi: amerikalılar bilməlidirlər ki…

İranın Ali Rəhbəri ABŞ-ı İran-İsrail münaqişəsinə hərbi müdaxilə edəcəyi təqdirdə “düzəldilməz ziyanla” hədələyib.

O, bu barədə televiziya ilə xalqa müraciətində bildirib: “Amerikalılar bilməlidirlər ki, istənilən hərbi müdaxilə, şübhəsiz ki, onlar üçün düzəlməz zərərlə nəticələnəcək”, – Əli Xamenei deyib.

Qeyd edək ki, iyunun 13-də İsrail İranın nüvə və müdafiə sənayesinə qarşı “Şir kimi insanlar” əməliyyatına başlayıb. Buna cavab olaraq İran hərbçiləri İsrail ərazilərinə zərbələr endirməyə başlayıb. Çərşənbə axşamı Axios portalı mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İslam Respublikasının nüvə obyektlərinə zərbə endirmək imkanını “ciddi şəkildə nəzərdən keçirir”.

Həmin gün ABŞ mediası Ağ Evin Situasiya otağında keçirilən görüşdə ABŞ prezidenti Donald Trampın İsrailin əməliyyatına qoşulmağa meylli olduğunu yazıb. İyunun 18-də ABC News telekanalı ABŞ administrasiyasındakı mənbələrə istinadən xəbər verib ki, yaxın 24-48 saat ərzində qərar verilə bilər.

//Samir Qurbanov, Editor.az

Chosen
29
1
editor.az

10Sources