BAKI, 18 iyun. TELEQRAF
ABŞ Prezidenti Donlad Tramp növbəti dəfə İranın təslim olmasını tələb edib.
Teleqraf xəbər verir ki, o, jurnalistlərə açıqlamasında belə deyib.
O bildirib: "Biz atəşkəs axtarmırıq. Biz tam qələbə axtarırıq. Bu, İran üçün nüvə silahının olmaması deməkdir".
ABŞ prezidenti əlavə edib: "Mən də qarışmaq istəmirəm, amma 20 ildir, bəlkə də artıqdır ki, deyirəm ki, İranın nüvə silahı olmamalıdır... Onlarbundan istifadə edəcəklər. Əminəm ki, bundan istifadə edəcəklər" .
Tramp həmçinin bildirib ki, İranın nüvə proqramı ilə bağlı sazişin bağlanması indi “əvvəlki ilə müqayisədə daha çətindir”, lakin İranla danışıqlar üçün qapı hələ də açıqdır.