EN

Putin İranla İsraili qarşılıqlı güzəştə çağırdı

ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Rusiya prezidenti Vladimir Putin xarici informasiya agentliklərinə müsahibəsində deyib ki, İran-İsrail münaqişəsinin bütün iştirakçılarının bütün tərəflərin maraqlarını nəzərə alaraq razılığa gəlməsi düzgün olardı:"Razılaşma İranın dinc nüvə enerjisi hüququnu və İsrailin qeyd-şərtsiz təhlükəsizlik hüququnu nəzərə almalıdır. Ümumiyyətlə, belə bir həll yolu tapmaq olar”.

Putin bildirib ki, Rusiya bütün tərəflərlə mümkün İran-İsrail razılaşmasının detallarını müzakirə edib. O, Rusiyanın İranla çox yaxşı münasibətlərinin olduğunu söyləyib. Putin Moskvanın Tehranla dinc nüvə enerjisi sahəsində əməkdaşlığı davam etdirə biləcəyini vurğulayıb.

"Biz heç kimin üzərinə heç nə qoymuruq, sadəcə olaraq vəziyyətdən çıxış yolunu necə gördüyümüzü deyirik, amma qərar İran və İsrailin siyasi rəhbərliyindən asılıdır", - Rusiya dövlət başçısı qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
4
icma.az

3Sources