ain.az, Milli.az portalına istinadən məlumat yayır.
Bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda baş vermiş qətllə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Milli.Az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, hadisə mərhumun 1 yaşlı qızı yanında olarkən baş verib: "Ata və azyaşlı qızı evdə yatan vaxt ana mətbəxdə olub. Qadın mətbəxdən qayıdarkən dəhşətli mənzərə ilə qarşılaşır: körpəsi qan içində, həyat yoldaşı isə həyatını itirib. Qaynı uşağı anaya verərək körpəni yumasını istəyib və qardaşını öldürdüyünü, dərhal polisə gedib təslim olacağını bildirib".
Mərhumun arvadı həyat yoldaşının narkotik istifadəçisi olsa da, sakit və mübahisədən uzaq insan olduğunu deyib: "Hadisəyə səbəb isə bir həyət evində qardaşların arasında yaranan mübahisə olub. Qardaşlardan biri özünə əlavə qapı yeri açılmasını tələb edirmiş".
Qeyd edək ki, hadisə iyulun 3-də səhər saatlarında baş verib. 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Hadisədən dərhal sonra onun qardaşı - 1991-ci il təvəllüdlü Amin Nuri polis şöbəsinə gələrək könüllü şəkildə təslim olub.
Asya
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.