EN

Qayıdış 3721 ailəni Qarabağ və Şərqi Zəngəzura qovuşdurub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun ölkə mediasına müsahibəsində bildirib ki, indiyədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidən tikilən və ya bərpaolunan evlərə qayıdan keçmiş məcburi köçkünlərin sayı 15 minə (3721 ailə) yaxındır.

F.Hüseynovun sözlərinə görə, bu ərazilərdə olan əhali yalnız keçmiş məcburi köçkünlərlə kifayətlənmir. Dövlət qurumlarının yeni qurulmuş bölmələrində, genişmiqyaslı yenidənqurma və bərpa işlərində çalışanlar da nəzərə alınsa, ümumilikdə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşan əhalinin sayı 44 minə yaxındır.

Chosen
2
2
xalqqazeti.az

7Sources