EN

Tələbələr üçün audit təlimi

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan şəhərinə səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində görüş keçirilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində “Dövlət sektorunda audit” mövzusunda keçirilən təlimlərdən danışaraq, onların dövlət maliyyə nəzarətinin gücləndirilməsi və kadr hazırlığının təkmilləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, təlimdə yüksək fəallıq göstərmiş tələbələrin gələcəkdə peşəkar kadr kimi yetişdirilməsinin palatanın hədəflərindən biri olduğunu bildirib, tələbələrə elmi fəaliyyətlərində və gələcək karyeralarında uğurlar arzulayıb.

NDU-nun rektoru Elbrus İsayev Hesablama Palatası ilə əməkdaşlığın universitet üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, təlim proqramlarının tələbələrin peşəkar bilik və bacarıqlarının artırılmasına töhfə verdiyini qeyd edib. 

Görüşdə “Dövlət sektorunda audit” təlim proqramının əsas istiqamətləri və nəticələri barədə təqdimat nümayiş etdirilib. Bildirilib ki, 3 aylıq müddəti əhatə edən təlimlərdə universitetin 22 tələbəsi iştirak edib və onların nəticələri qiymətləndirilib. 

Təlimin təşkilində göstərdikləri dəstəyə görə Hesablama Palatası nümayəndələrinə təşəkkürnamələr, plaketlər və hədiyyələr, proqramı uğurla başa vuran tələbələrə isə sertifikatlar təqdim olunub. 

Səbuhi HƏSƏNOVXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
5
xalqqazeti.az

6Sources