EN

Çin Sankt-Peterburq yaxınlığında sənaye parkı tikəcək

BAKI, 19 iyun. TELEQRAF

Çinin “Xua-Jen" şirkəti Leninqrad vilayətinin Tosnenski rayonunda dəyəri 8,7 milyard rubl olan “Drujba” sənaye istehsalı parkı tikəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Xua-Jen" şirkətinin rəhbəri Van Linan məlumat verib.

Sənaye parkının tikintisi ilə bağlı saziş Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) imzalanıb.

138 min kvadratmetr sahədə tikintinin başa çatdırılması 2027-ci ilə planlaşdırılır. Layihə 640 yeni iş yerinin yaradılmasına imkan verəcək.

Van Linan qeyd edib ki, rezidentlər siyahısında üç Çin şirkəti var. Onlardan biri liftlər istehsal edir, digərləri nano və mikrotexnologiyalar, optoelektronika ilə işləyir.

Xatırladaq ki, mayın 8-də Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalayıblar.

Chosen
24
teleqraf.com

1Sources