AZ

Moskva ilə Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub

Moskva ilə Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub.

Day.Az-ın məlumatına görə, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

Məlumata əsasən, günortaya planlaşdırılan 52 reysdən 30-u ləğv edilib, 9-u isə gecikib.

"Milli aviadaşıyıcı bildirib ki, o, sərnişinləri Moskvadan Sankt-Peterburqa geniş gövdəli təyyarələrdən istifadə etməklə daşıyacaq",- deyə təşkilatın saytında bildirilib.

Assosiasiya iyulun 5-də uçuşların təxirə salınması və ləğv edilməsinin ən azı 75 min sərnişinin planlarına təsir etdiyini qeyd edib.

Seçilən
5
43
day.az

10Mənbələr