EN

ABŞ də itən bir yaşlı qız üç il sonra sağ tapıldı

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-də bir yaşında ikən qaçırılan Blessinq Vasso adlı qız təxminən üç il sonra sağ-salamat tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Məlumata görə, Blessinq bir yaşında olarkən anası Erika ilə birlikdə Çikaqodakı parkların birində yoxa çıxıb. Uşaq həmin vaxt İllinoys ştatının Uşaqlar və Ailələr Departamentinin nəzarətində olub. Qurumun əməkdaşları azyaşlının itkin düşməsi ilə bağlı dərhal polisə məlumat veriblər.

Azyaşlının axtarışları illərlə nəticə verməyib. Yalnız 2025-ci ilin yazında iş yenidən araşdırılmağa başlayıb. Hüquq-mühafizə orqanları Erika və qızının Kaliforniya və ya Texasda gizlənə biləcəyini ehtimal edərək axtarış elanını yeniləyiblər.

Məsələ ilə bağlı irəliləyiş 2025-ci ilin iyununda baş verib. Polis əməkdaşları Çikaqo ərazisində axtarışda olan şəxslərin yaşadığı bildirilən evdə yoxlama apararkən, ikinci mərtəbədən boylanan bir azyaşlının Blessinqin uşaqlıq fotosuna çox bənzədiyini müşahidə ediblər. Bu müşahidə işin açılmasında həlledici rol oynayıb.

Polis həmin evdə əməliyyat keçirib və uşaq tapılaraq dərhal sosial xidmət orqanlarına təhvil verilib.

Onun anası hadisə yerindən qaçmağa cəhd etsə də, saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
oxu.az

1Sources