Pravda.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ali Məhkəmədə qadınlara hədə-qorxu gələrək pul tələb etmədə təqsirləndirilən bloger Cəmil Quliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: C.Quliyev Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsinin 3 bəndi üzrə təqsirli bilinir.
Qeyd olunub ki, o, sosial şəbəkə və digər vasitələrlə tanış olduğu, eyni zamanda pul qarşılığında onunla münasibətdə olan qadınları şantaj edib. C.Quliyev həmin qadınlarla görüşərək münasibətdə olub, həmçinin digər yollarla əldə etdiyi görüntüləri paylaşmaq, onları rüsvay etmək adı ilə hədə-qorxu gələrək pul tələb edib. Bu yolla o, zərərçəkmiş şəxslərdən birindən 6 800, digərindən 2 400 manat alıb.
Zərərçəkmiş qadınlardan biri model kimi tanınan şəxs olub.
Məhkəmənin 14 oktyabr tarixli hökmü ilə Cəmil Quliyevə 6 il həbs cəzası verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.
Qeyd: C.Quliyev “instagram” və “tiktok” sosial şəbəkə səhifələrində “jam_guliyev” adlı şəxsi hesabla tanınıb.
O, qeyd edilən cinayətdən əvvəl narkotik vasitədən istifadəyə görə 2 aylıq həbs də olunub.
Kamal Məmmədov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.