EN

Xocalının canlı şahidi: Qarabağ həqiqətlərini dünyaya çatdıran amerikalı jurnalist

Baku TV Qarabağ həqiqətlərini dünyaya çatdıran amerikalı jurnalist Tomas Qolts haqqında süjet hazırlayıb.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə onunla bağlı xatirələrini bölüşərkən bildirib ki, Tomas Qolts Kəlbəcəri son tərk edənlərdən biri olub:

"Kəlbəcər mühasirəyə alındı və avtomobil yolu ilə getmək mümkün olmadı. İnsanlar helikopterlərə mindilər, yerlər məhdud idi. Sıxlıq var idi. Əlbəttə ki, o bütün bunları lentə aldı və kitabının üz qabığında Kəlbəcərdən qalxan bu son helikopterin fotosunu yerləşdirdi. O da Kəlbəcəri son tərk edənlərdən biri idi. Tomas Qolts dürüst bir insan idi. Düşündüyünü yazırdı. Azərbaycanın faciəsini vicdanla təsvir edirdi".

O, Xocalı soyqırımının azsaylı xarici şahidlərindən biri olur. Baş verənlər onun qələmindən "The Washington Post" qəzetinin səhifələrində dərc olunur. Azərbaycanda yaşadıqlarından və gördüklərindən və dünyanın eşitmək istəmədiklərindən T.Qoltz sonralar özünün "Azərbaycan Gündəliyi"ndə yazır.

Kitab 1998-ci ildə nəşr olunur. Azərbaycan öz ərazilərini işğaldan azad edəndə o, artıq ağır xəstə idi və əlil arabasında hərəkət edirdi. Lakin amerikalı jurnalist azad edilmiş Qarabağa gəlməyə bilməzdi. Tomas Qolts azad Qarabağa səfərindən iki ay yarım sonra vəfat edir. Jurnalist küllərinin dünyanın üç müxtəlif nöqtəsinə səpməyi vəsiyyət edir.

Bu siyahıda birinci yeri isə Azərbaycan tutub.

Ətraflı süjetdə:

Chosen
3
1
far.az

2Sources