EN

İsrail ordusu İrandan atılan raketləri zərərsizləşdirir

İran tərəfindən İsrailə atılan raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusunun (IDF) mətbuat xidməti yayıb.

IDF əhalini diqqətli olmağa və təhlükə siqnalı verildikdə dərhal sığınacaqlara üz tutmağa çağırıb:

“Həyəcan siqnalı verildiyi zaman sakinlər təhlükəsiz binalara sığınmalı və növbəti rəsmi xəbərdarlığa qədər orada qalmalıdırlar”, – deyə məlumatda qeyd olunur.


Telegram kanalımız
Chosen
36
50
yenisabah.az

10Sources