Bakı. Trend:
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə0,41 ABŞ dolları və ya 0,52% azalaraq 79,17 dollar/barel təşkiledib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,46 dollar və ya 0,59%ucuzlaşaraq 77,79 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 0,17 dollar və ya 0,27% azalaraq, 63,55 dollar/bareləbərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftinqiyməti əvvəlki göstərici ilə müqayisədə 0,42 dollar və ya 0,54%azalaraq 77,05 ABŞ dolları təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.