BAKI, 19 iyun. TELEQRAF
İran İsrailin ərazisinə raket zərbələri endirib.
Teleqrafxəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, ballistik raketlərdən biri Beer-Şeva şəhərində yerləşən “Soroka” Tibb Mərkəzinə düşüb.
Hücum nəticəsində azı 10 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.