EN

İqtisadi dirçəlişin, qardaşlığın gözəl nümunəsi

“TİKA bütün dünyada həyata keçirdiyi inkişaf layihələri ilə təkcə infrastruktur deyil, həm də könül körpüləri, qardaşlıq bağları və ortaq gələcəklər qurur”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikir TİKA-nın vitse-prezidenti Dr. Naci Yorulmazla TÜİB-in Bakıdakı baş qərargahında keçirilən görüşdə səsləndirilib.

TÜİB İdarə Heyərinin sədri Hüseyin Böyükfırat bildirib ki, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi TİKA ilə birlikdə “Cocuq Mərcanlı İnkişafı Layihəsi” çərçivəsində uğurlu bir layihəyə imza atıblar.

Onun sözlərinə görə, layihə çərçivəsində Qarabağın işğaldan azad edilmiş torpaqlarından olan Cocuq Mərcanlıda kəndlilərin istixana və arıçılıq fəaliyyəti ilə yenidən istehsalata qatılmasına şərait yaradılıb. Böyükfırat qeyd edib ki, bu layihə həm iqtisadi dirçəlişin, həm də qardaşlığın ən gözəl nümunələrindən birinə çevrilib.

Chosen
2
2
bakivaxti.az

3Sources