EN

Ayətullah Xamnəinin qətli: “Belə bir ehtimalı müzakirə etmək belə istəmirəm”

Yenisabah saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin İsrailin İranın Ali lideri Ayətullah Xamnəini öldürməsi ehtimalını müzakirə etmək belə istəmədiyini vurğulayıb.

Yenisabah.az rossiyskaya qazeta-ya istinadla xəbər verir ki, o, Sankt-Peterburqda beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşdə verilən sualı belə cavablandırıb:

“Ümid edirəm ki, bu, sualınıza ən düzgün cavab olacaq: belə bir ehtimalı müzakirə etmək belə istəmirəm”.

Jurnalist bu məsələnin ABŞ və İsrail başçıları tərəfindən açıq şəkildə müzakirə edildiyini qeyd edəndə Putin təkrarlayıb: “Bütün bunları eşitmişəm, amma müzakirə etmək belə istəmirəm”.

Rusiya prezidenti Moskvanın İrana yeni silah növləri təqdim edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq xatırladıb ki, Rusiya vaxtilə iranlı dostlara hava hücumundan müdafiə sistemləri üzərində işləməyi təklif edib: "O vaxt partnyorlar o qədər də maraq göstərmədilər".

Putin bəyan edib ki, İranla strateji tərəfdaşlıq müqaviləsində müdafiə sektoru ilə bağlı heç bir müzakirə getmir: “İranlı dostlarımız bu barədə bizdən soruşmurlar, ona görə də əslində müzakirə olunacaq heç nə yoxdur”.

Dövlət başçısı vurğulayıb ki, Rusiya fərdi tədarüklərin deyil, sistemin yaradılmasını təklif edib: “Bunu bir dəfə müzakirə etdik, lakin İran tərəfi maraq göstərmədi və hər şey sona çatdı”

O xatırladıb ki, İranla hərbi-texniki sahədə müntəzəm və beynəlxalq normalar çərçivəsində əməkdaşlıq qurulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
yenisabah.az

2Sources