Rusiya prezidenti Vladimir Putin İsrailin İranın Ali lideri Ayətullah Xamnəini öldürməsi ehtimalını müzakirə etmək belə istəmədiyini vurğulayıb.
Yenisabah.az rossiyskaya qazeta-ya istinadla xəbər verir ki, o, Sankt-Peterburqda beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşdə verilən sualı belə cavablandırıb:
“Ümid edirəm ki, bu, sualınıza ən düzgün cavab olacaq: belə bir ehtimalı müzakirə etmək belə istəmirəm”.
Jurnalist bu məsələnin ABŞ və İsrail başçıları tərəfindən açıq şəkildə müzakirə edildiyini qeyd edəndə Putin təkrarlayıb: “Bütün bunları eşitmişəm, amma müzakirə etmək belə istəmirəm”.
Rusiya prezidenti Moskvanın İrana yeni silah növləri təqdim edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq xatırladıb ki, Rusiya vaxtilə iranlı dostlara hava hücumundan müdafiə sistemləri üzərində işləməyi təklif edib: "O vaxt partnyorlar o qədər də maraq göstərmədilər".
Putin bəyan edib ki, İranla strateji tərəfdaşlıq müqaviləsində müdafiə sektoru ilə bağlı heç bir müzakirə getmir: “İranlı dostlarımız bu barədə bizdən soruşmurlar, ona görə də əslində müzakirə olunacaq heç nə yoxdur”.
Dövlət başçısı vurğulayıb ki, Rusiya fərdi tədarüklərin deyil, sistemin yaradılmasını təklif edib: “Bunu bir dəfə müzakirə etdik, lakin İran tərəfi maraq göstərmədi və hər şey sona çatdı”
O xatırladıb ki, İranla hərbi-texniki sahədə müntəzəm və beynəlxalq normalar çərçivəsində əməkdaşlıq qurulub.
Telegram kanalımız