EN

Dünyanın taleyini həll etmək üçün 6 dəqiqə: NATO son 20 ilin ən qısa sammitini keçirəcək

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

24-25 iyun tarixlərində Haaqada keçiriləcək NATO sammitində dövlət başçılarının iş proqramı cəmi bir plenar iclasdan ibarət olacaq və bu sessiya 3.5 saat davam edəcək.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumat NATO-nun rəsmi saytında dərc olunmuş sammit proqramında yer alıb.

Bu isə o deməkdir ki, ümumilikdə 210 dəqiqəlik iş müzakirəsi nəzərdə tutulur. Açılış və bağlanış çıxışları, habelə yekun bəyannamənin imzalanması üçün tələb olunan 15-20 dəqiqə çıxıldıqdan sonra, alyansa üzv olan 32 ölkənin liderlərinə çıxış üçün təxminən altı dəqiqəlik vaxt ayrılır. Bu da yalnız o halda mümkündür ki, adətən NATO sammitlərində çıxış vaxtına limit tətbiq edilməyən ABŞ prezidenti də çıxışını həmin müddətdə başa vursun.

Plenar müzakirədən sonra sammit iştirakçıları 2032-ci ilə qədər hərbi xərclərin məcburi şəkildə 2.5 dəfə - yəni ÜDM-in iki faizindən beş faizinə qədər artırılması ilə bağlı qərar qəbul etməlidirlər. Bu addım Rusiyadan gələn ehtimal olunan təhlükəyə qarşı müdafiə məqsədilə əsaslandırılır.

Sammitin birinci günü - 24 iyun tarixində isə NATO ölkələrinin liderləri və onların həyat yoldaşları Niderland kral ailəsinin adından verilən rəsmi qəbulda iştirak edəcəklər.

Brüsseldə sammitləri uzun illər işıqlandıran jurnalistlər bildirirlər ki, Haaqa sammitinin proqramı son 20 ildəki bütün planlı NATO sammitləri arasında ən yığcamıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
oxu.az

2Sources