EN

Tramp İran obyektlərinə hücum planlarını təsdiqləyib- Wall Street Journal

BAKI, TurkicWorld

İran və İsrail arasında gərginlik yeni mərhələyə keçib- İsrail İranın nüvə obyektini vurub.

TurkicWorld xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin Arakda yerləşən İran nüvə obyektinə hava hücumu təşkil etdiyi açıqlanıb.

Tehran administrasiyası isə dərhal cavab verərək ballistik raketlərlə İsrailin bir neçə bölgəsini hədəfə alıb.

İranın raket hücumları nəticəsində Təl-Əviv, Qüds və digər şəhərlərdə güclü partlayışlar və dağıntılar qeydə alınıb. İsrail mediası hücum nəticəsində xüsusilə Təl-Əvivin şərqindəki birja binasının və Birussebidəki (Berşeva) Soroka xəstəxanasının zərər gördüyünü bildirib.

İsrail ordusunun açıqlamasına görə, hücum nəticəsində onlarla insan yaralanıb, bir çoxu dağıntılar altında qalıb. Rəsmi məlumatlara əsasən, Holon bölgəsində azı 16 nəfər, ümumilikdə isə 50-dən çox insan xəsarət alıb.

İran rəsmi xəbər agentlikləri cavab zərbələrinin hərbi obyektləri hədəf aldığını, Soroka xəstəxanasının isə partlayış dalğasından təsirləndiyini açıqlayıb. Lakin İsrail tərəfi hücumun qəsdən xəstəxananı hədəfə aldığını bildirib və bu addımı “cinayət” kimi qiymətləndirib.

Bu hücumlarla paralel olaraq ABŞ prezidenti Donald Trampın İsrailin İrana qarşı başlatdığı əməliyyatlara dəstək verdiyi və müharibəyə gizli şəkildə müdaxiləni təsdiqlədiyi barədə “Wall Street Journal” qəzetində məlumat dərc olunub. Məlumata görə, Tramp ABŞ ordusunun İranın strateji obyektlərinə qarşı əməliyyatlar planını təsdiqləsə də, yekun hücum əmri hələlik verilməyib.

Qeyd edək ki, İranla İsrail arasında qarşılıqlı hücumlar 17 iyun tarixindən intensivləşib. ABŞ ordusunun Fordo kimi yerin dərinliyində yerləşən nüvə obyektlərini hədəfə almaq üçün B-2 bombardmançı təyyarələrini hazırladığı bildirilir.

Rusiya prezidenti Vladimir Putin isə məsələ ilə bağlı bildirib ki, İranla imzalanmış strateji tərəfdaşlıq müqaviləsində müdafiə sahəsi ilə bağlı bənd yer almır və İran tərəfi Rusiyadan hərbi dəstək istəməyib.

Chosen
12
turkic.world

1Sources