Argentina millisinin sabiq futbolçusu Ernan Kresponun yeni iş yeri bəlli olub.
QOL.az xəbər verir ki, 49 yaşlı mütəxəssis Braziliya A seriyası təmsilçisi "San-Paulu" ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yeni baş məşqçi ilə 2026-cı ilin dekabrına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, E.Krespo 2021-ci ildə də "San-Paulu"nu çalışdırıb. Onun rəhbərliyi altında klub San-Paulu ştatının çempionluğunu qazanıb.