EN

Avropada qaz istehlakında antirekord 100 milyard kub metr azalıb

Sfera.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın “Qazprom” enerji şirkətinin vitse-prezidenti Oleq Aksyutin bildirib ki, Avropada təbii qaz istehlakı son 30 ilin ən aşağı səviyyəsinə enib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Aksyutin Asiyada qaz tələbatının gələcək 5 il ərzində hər il 100 milyard kubmetr artacağını deyib.

O, 2050-ci ilə qədər təbii qazın qlobal enerji istehlakında 26 faiz paya sahib olacağını proqnozlaşdırıb.

O qeyd edib ki, Asiya-Sakit okean bölgəsi də daxil olmaqla, inkişafda olan regionlarda qaz tələbatı yüksəlməkdə davam edir. Aksyutin Asiyadan fərqli olaraq Avropada qaz istifadəsinin azaldığını vurğulayıb:

“Son ü ç ildə Birləşmiş Krallıq və Aİ-nin qaz istehlakı 100 milyard kubmetr azalıb. Bu, son 30 ilin ən aşağı göstəricisidir”.

Altay

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
1
sfera.az

2Sources