Azxeber.com saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Meksikanın cənub-qərbinə təsir edən "Erick” qasırğasının təhlükəli kateqoriyasına çatıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzi tərəfindən edilən açıqlamada, "Erick" qasırğasının Meksikanın cənub-qərbində və ətraflarında güclü yağışlara səbəb olacağı bildirilib.
Bəyanatda qasırğanın "son dərəcə təhlükəli” 4-cü kateqoriyaya çatdığı bildirilib və həyat üçün təhlükə yaradan sel və daşqınların baş verə biləcəyi barədə xəbərdarlıq edilib.
Meksika rəsmiləri qasırğanın ölkənin cənub-qərbinə, xüsusən də Akapulko şəhəri və Puerto Anxel bölgəsinə təsir edə biləcəyi barədə xəbərdarlıq edib.
Meksika prezidenti Claudia Sheinbaum video mesajında bölgədəki bütün fəaliyyətlərin dayandırıldığını vurğuladı və ictimaiyyəti evlərində və ya sığınacaqlarında qalmağa çağırdı.
Gülay
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.