AZ

Meksikaya təsir edən Erick qasırğası şiddətli həddinə çatdı

Azxeber.com saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Meksikanın cənub-qərbinə təsir edən "Erick” qasırğasının təhlükəli kateqoriyasına çatıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzi tərəfindən edilən açıqlamada, "Erick" qasırğasının Meksikanın cənub-qərbində və ətraflarında güclü yağışlara səbəb olacağı bildirilib.

Bəyanatda qasırğanın "son dərəcə təhlükəli” 4-cü kateqoriyaya çatdığı bildirilib və həyat üçün təhlükə yaradan sel və daşqınların baş verə biləcəyi barədə xəbərdarlıq edilib.

Meksika rəsmiləri qasırğanın ölkənin cənub-qərbinə, xüsusən də Akapulko şəhəri və Puerto Anxel bölgəsinə təsir edə biləcəyi barədə xəbərdarlıq edib.

Meksika prezidenti Claudia Sheinbaum video mesajında ​​bölgədəki bütün fəaliyyətlərin dayandırıldığını vurğuladı və ictimaiyyəti evlərində və ya sığınacaqlarında qalmağa çağırdı.

Gülay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
azxeber.com

2Mənbələr