Bakı, 19 iyun, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, iyunun 20-də hərbçi Ələsgərov Fuad Cəfər oğlu Tovuz rayonunda Ağbaşlar kənd qəbiristanlığında dəfn ediləcək.