BAKI, TurkicWorld
Elon Maskın rəhbərlik etdiyi SpaceX şirkətinin ABŞ-ın Teksas ştatında həyata keçirdiyi raket sınağı qəza ilə nəticələnib.
TurkicWorld xəbər verir ki, şirkətin Teksasın cənubundakı Starbase adlı buraxılış platformasında həyata keçirilən test zamanı raket göyə qalxmamışdan əvvəl böyük bir partlayışla alov topuna çevrilib.
Çərşənbə gecəsi SpaceX-in Starship adlı raketi test platformasında olarkən güclü partlayış baş verib. Şirkət bu hadisəni “böyük anormallıq” kimi qiymətləndirib və partlayışın səbəblərinin araşdırıldığını bildirib.
“Test zamanı ərazi təhlükəsizlik məqsədilə təmizlənmişdi. Bütün personal salamatdır”- deyə Şirkət sosial media platforması X-də paylaşdığı açıqlamada bildirilib.
Elon Maskın komandası həmçinin əhalinin təhlükə ilə üz-üzə olmadığını və əraziyə yaxınlaşmamağa çağırdı
SpaceX partlayışın nəticələrinə müdaxilə məqsədilə yerli hakimiyyət orqanları ilə əməkdaşlıq etdiyini açıqlayıb. Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.