EN

Türkiyə bələdiyyəsi sement satın alacaq

Bakı, TurkicWorld

2025-ci ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 337 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 49 obyekt çoxdur.

Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin may ayında Azərbaycan vətəndaşları Türkiyədə 75 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin aprel ayı ilə müqayisədə 10 obyekt çoxdur.

Qeyd edək ki, 2025-ci ilin may ayında Türkiyədə 130 min 25 mənzil satın alınıb ki, bu da 2024-cü ilin aprel ayı ilə müqayisədə 17,6 faiz çoxdur.

Məlumata görə, 2025-ci ilin yanvar-may aylarında Türkiyədə 584 min 170 mənzil satın alınıb.

"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,4 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2025-ci ilin may ayında Türkiyədə xarici vətəndaşlara min 771 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azdır.

Eyni ilin yanvar-may aylarında əcnəbi vətəndaşlar Türkiyədən 7 min 789 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz azdır.

Chosen
5
turkic.world

1Sources