EN

“Rosatom”un işçiləri İranı tərk etdi

Bəzi rusiyalı işçilər İrandakı Buşəhr AES-dən təxliyə edilib və vəziyyət tam təxliyəyə cəmi bir neçə addım qalıb.

Yenisabah.az ınterfax-a istinadla xəbər verir ki, bunu "Rosatom"un baş direktoru Aleksey Lixaçov bildirib.

Onun sözlərinə görə, Buşehr AES-ə vurulan zərbə Çernobılla müqayisə edilən fəlakət ola bilər:

"Buşəhrə ezamiyyətdə olan insanların bəziləri artıq təxliyə olunub - həm Azərbaycan, həm də Ermənistan sayəsində. Onlarla yoldaşımız İranı tərk edib. Hələlik işçilərimizi Buşehrdə buraxmağı mümkün hesab edirik - biz hər saat vəziyyətə nəzarət edirik və saatlarımızı sinxronlaşdırırıq".

Lixaçov qeyd edib ki, fövqəladə vəziyyət elan etmək və işçilərin təxliyəsinə başlamaq üçün sözün əsl mənasında bir neçə addım qalıb: "Biz hamını - ilk növbədə qadınları və uşaqları təxliyə edəcəyik".


Telegram kanalımız
Chosen
5
1
yenisabah.az

2Sources