EN

“Zeytun Bağları” növbəti ekoloji layihəsini reallaşdırıb

“Zeytun Bağları” markası “yaşıl gələcək” şüarını əsas tutaraq növbəti sosial məsuliyyət layihəsinə imza atıb. Layihə çərçivəsində Xəzər dənizinin Nardaran sahilində təmizlik aksiyası təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən aksiyada “Zeytun Bağları” brendinin əməkdaşları, Bakı Qida və Yağ Fabrikinin kollektivi, eləcə də könüllü ekofəallar fəal iştirak ediblər. 100-ə yaxın iştirakçının qatıldığı aksiya zamanı sahilboyu ərazi tullantılardan təmizlənərək, ətraf mühitin mühafizəsinə mühüm töhfə verilib.

Qeyd edək ki, “Zeytun Bağları” təkcə bu layihə ilə kifayətlənmir. Marka uzun müddətdir ki, ekoloji dayanıqlıq və təmiz mühitin qorunması istiqamətində həm yerli, həm də beynəlxalq səviyyəli layihələrdə aktiv iştirak edir. Ətraf mühitin mühafizəsi məqsədilə müxtəlif maarifləndirmə kampaniyaları və sosial aksiyalar təşkil edən marka, bu sahədə cəmiyyətə nümunə olmaqda davam edir.

Bu kimi təşəbbüslər bir daha göstərir ki, “Zeytun Bağları” yalnız məhsulları ilə deyil, həm də ətraf mühitə olan qayğısı ilə fərqlənən bir brend kimi çıxış edir.

Chosen
1
10
ucnoqta.az

10Sources