AZ

Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR

Amerikalıların təxminən 40 faizi İlon Maskın təklif etdiyi siyasi partiyanı dəstəkləməyə hazırdır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu, Quantus Insights şirkətinin keçirdiyi sorğudan aydın olub.

Sorğu iyunun 30-dan iyulun 2-dək aparılıb və orada 1000 amerikalı iştirak edib. Səhv ehtimalı 3 faiz bəndi olub.

İlon Maskın təklif etdiyi “Amerika Partiyası” partiyasını dəstəkləyib-dəstəyməyəcəksiniz sualına respondentlərin 40 faizi müsbət cavab verib, 38 faizi yəqin ki, dəstəkləməyəcək, 22 faizi isə qərarsız qalıb.

Maskın özü də Müstəqillik Günündə ABŞ-da yeni bir siyasi partiya yaratmaq zərurəti ilə bağlı X-də sorğu təşkil edib: "Müstəqillik günü ikipartiyalı (bəziləri deyirlər ki, təkpartiyalı) sistemdən müstəqillik istəyib-istəmədiyini soruşmaq üçün əla vaxtdır! Biz "Amerika Partiyası" yaratmalıyıqmı?"

Maskın sualı üzrə səsvermə 24 saat davam edəcək. Sorğunun başladığı ilk saat ərzində 81 mindən çox istifadəçi iştirak edib, sorğu iştirakçılarının 64,8 faizi partiyanın yaradılmasını dəstəkləyib.

Musavat.com

Seçilən
28
15
musavat.com

10Mənbələr