EN

Trent Aleksander-Arnold “Real”da debüt oyununu şərh etdi

“Real”ın 26 yaşlı ingiltərəli sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold “qaymaqlılar”ın heyətində debüt oyununu şərh edib.

Arena.az məlumat verir ki, Trentin “Real”da debütü 2025-ci il FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin 1-ci turunda Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Hilal”la oyuna (1:1) təsadüf edib.

“Mənim “Real”da debütün baş tutdu ki, bu haqda hər bir futbolçu xəyal edir. Bir tərəfdən, qələbə qazanmağa müffəq ola bilmədiyimizdən doğan pərişanlıq var, axı “Real” oyunçularının zehtiyyəti hər oyunda qələbə qazanmağa can atmaqdan ibarətdir. Eyni zamanda, mən müsbət məqamları da gördüm, xüsusilə də ikinci hissədə. Bu, müstəsna təcrübə idi. Mən müqavilə imzaladığım andan etibarən klubun dəstəyini hiss etmişəm. “Real” həqiqətən də dünyəvi tərəfdar dəstəyinə malikdir ki, bu, hər gün hiss edilir. Azarkeşlər məşqlərdə iştirak edirlər, eləcə də mehmanxanada olurlar. Sosial şəbəkələrdəki dəstək də təəssürat oyadır”, – “TNT Sports” dərgisi Trentdən sitat gətirir.

Trent Aleksander-Arnold “Liverpul”un məzunudur. “Real” Trenti cari ilin iyun ayında, futbolçunun “qırmızılar”a müqaviləsinin başa çatmasına bir ay qalmış, erkən surətdə “qaymaqlılar”ın düşərgəsinə qatıb. “Kral klubu” “Liverpul”a erkən keçid müqabilində 10 milyon avro məbləğində təzminat haqqı ödəyib. Trent “Real”la müddəti 2031-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Aleksander-Arnold “Liverpul”un heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 4 qol vurub, 8 məhsuldar ötürmə verib.

Trent 2018-ci ilin iyun ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 34 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı ingilis müdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Chosen
4
arena.az

1Sources