AZ

Eltun Turabov “Karvan”da

“Turan Tovuz”un sabiq futbolçusu, mərkəz müdafiəçisi olan Eltun Turabov bundan sonra “Karvan”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 28 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, 2026-cı ilin 30 iyununadək “Karvan”ın uğurları üçün çalışacaq.

Eltun Turabov 2022-ci ilin yayından “Turan Tovuz”da çıxış edirdi. O, əyalət klubunun heyətində bütövlükdə 32 oyun keçirib. Müdafiəçi daha öncə “Sumqayıt”, “Sabah”, “Bilis” və “Qarabağ”da da forma geyinib.

Turabov vaxtilə Azərbaycanın U-19 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Bu, yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Karvan”ın yay transfer pəncərəsi dövründə ilk transferidir. Yevlax klubu daha öncə Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov və Müşviq Teymurovla yollarını ayırdığını açıqlamışdı.

Seçilən
29
23
arena.az

10Mənbələr